Türkiyə hökuməti daxili bazar qorumaq üçün noyabrın 21-dən ölkəyə idxal olunan ipliyə əlavə vergi tətbiq edəcək.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, verginin məbləği məhsulun növündən asılı olaraq onun hər kiloqramı üçün 0,05-0,27 ABŞ dolları olacaq.
Bununla belə, Azərbaycan da daxil olmaqla 137 ölkədən iplik idxal edənlər bu vergini ödəməyəcək.