2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana 2 milyon 317 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 % çoxdur.
Həmçinin cari ilin oktyabr ayında Türkiyədən ölkəmizə 247 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 35,3 % artım deməkdir.