Bu ilin II rübündə ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətin 2,6 milyard dollar xalis mənfəət əldə edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir ki, bu, I rüblə müqayisədə təxminən 30 % az olsa da, ötən ilin eyni dövrünə nisbətən isə 62% çoxdur.
Son 1 ildə "Tesla"nın əməliyyat (satışdan) gəliri isə 42% artaraq 16,9 milyard dollara çatıb.
“Tesla” bu ilin yanvar-iyun aylarında 254 695 avtomobil tədarük edib, sahibi olduğu “Bitcoin” aktivlərinin 75 %-ni satıb.