Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının və digər avadanlıqların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Simplex" QSC-dir.
Qalib şirkətə 1 milyon 464,9 min manat ödəniləcək.