Artıq 3 ildir ki, fəaliyyət göstərən, künəfə dedikdə ağıla ilk gələn, bənzərsiz dada sahib şirniyyatları ilə qəlbləri fəth edən "Sweet Levantine" bu il yeni ilə xüsusi hazırlaşıb. Məkan yeni il üçün o qədər incəliklə dekorasiya edilib ki, buradan şəkil çəkdirmədən ayrıla bilməyəcəksiniz.
Burada sevdiklərinizlə birgə asudə vaxtınızı dəyərləndirə, interyerdən və ləziz şirniyyatlardan zövq ala bilərsiniz.
Hər gün təptəzə hazırlanan paxlava, katmer, künəfə çeşidləri ilə zəngin menyu hər birinizi razı salacağına əmin ola bilərsiniz.
Ən çox sevilən künəfə və çay kampaniyasından yararlanmağı da hər birinizə tövsiyə edirik.
Ödəniş tələb olunmayan, 1-6 yaş aralığı uşaqlar üçün nəzərdə tutulan uşaq guşəsi də artıq qonaqların ixtiyarındadır.
Həmçinin xüsusi hədiyyəlik paxlava qutuları ilə sevdiklərinizə unudulmaz anlar yaşada bilərsiniz.
"Sweet Levantine" Yusif Məmmədəliyev küçəsi, 42A, "Sweet Boutique" isə Azadlıq prospekti, 105 ünvanında yerləşir. Siz də yeni il ruhunu hiss edib şirniyyat cənnətinə səyahət etmək istəyirsinizsə, baş çəkməyi unutmayın.