Son 2 ildə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 30 %-dən çox artıb

Azərbaycanda şəffaflaşma indikatorlarından biri də əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayının və ƏDV-yə cəlb olunan dövriyyələrin artımıdır.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son 2 ildə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 30 %-dən çox artıb. Digər mühüm indikator malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı "e-qaimə" ilə rəsmiləşən dövriyyələrin artımıdır.

2021-ci ilin 8 ayında qeyri-neft-qaz sektorunda ƏDV ödəyicilərində "e-qaimə" ilə rəsmiləşən dövriyyələrin həcminin əvvəlki illə müqayisədə 15,4 % artımı qeydə alınıb. Bundan başqa, sentyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 %, 2019-cu ilin əvvəli ilə müqayisədə 30 % aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə müvafiq olaraq 6,1 % və 15,3 % artıb. Qeyri-neft sektoru üzrə daxilolmaların artım tempinin ÜDM-in nominal artımını üstələməsi və "e-qaimə" ilə rəsmiləşən dövriyyələrin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəldiyini göstərir. Bu da "kölgə iqtisadiyyatı"nın həcminin azalması və iqtisadiyyatda "ağarma" əlamətlərindən hesab oluna bilər.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51