Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan "Sınıqkörpü" Gömrük-Keçid Məntəqəsində Gürcüstanla ortaq nəzarətin həyata keçiriləcəyi bina tikmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, hazırda bununla bağlı Gürcüstan tərəfi ilə danışıqlar gedir: "Əgər qarşı tərəflə razılıq əldə edilsə, regionda ilk dəfə sərnişinlərə və yüklərə ortaq gömrük nəzarəti həyata keçiriləcək".