Serbiya Prezidenti: "Azərbaycan şirkətləri dəmiryollarının modernləşdirilməsində iştirak edə bilərlər"

Bakı. 22 may. REPORT.AZ/ "Azərbaycan şirkəti Serbiyada yol çəkilişində iştirak edib. Əgər Azərbaycan şirkətləri belə keyfiyyətli iş ortaya qoya biləcəklərsə, o zaman Serbiyada dəmiryolların modernləşdirilməsində iştirak edə bilər".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiya dəmiryollarını modernləşdirəcək: "Bu sahədə sizin təcrübənizdən də yararlana bilərik".

Digər xəbərlər