Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlərin 27,6 milyon manatı və yaxud 27,1 %-i Bakı və onun ətrafının, 74,3 milyon manatı və yaxud 72,9 %-i isə digər regionların payına düşüb.
“Report” bu barədə Fonda istinadən xəbər verir.
Xatırladaq ki, qurum 9 ayda sahibkarların 2 105 layihəsinin maliyyələşdirilməsinə 101,9 milyon manat vəsait yönəldib. Bu kreditlər hesabına 1 505 yeni iş yerinin yaradılması nəzərdə tutulur.