Sahibkarların İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərinin sayı 15 % artıb

Bu ilin I rübündə Azərbaycan sahibkarları İqtisadiyyat Nazirliyinə 5 milyon 378,5 min dəfə müraciət edib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Rüblük müraciətlərin 5 milyon 22 mini və yaxud 93,4 %-i elektron xidmətlərə müraciətlərin payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,1 % çoxdur.

Hazırda İqtisadiyyat Nazirliyi 260 xidmət göstərilir ki, bunun da 191-i və yaxud 73,5 %-i elektronlaşdırılıb.

Elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34