Azərbaycanda logistika infrastrukturu yaratmaq üçün torpaqdan istifadə ilə bağlı problemlər var.
“Report” xəbər verir ki, bunu ölkənin aparıcı holdinqlərindən birinin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.
"Abşeronda logistik mərkəz inşa edirik, bizə deyirlər ki, bura örüş yeridir və ərazidə qoyun saxlamalısan. Bəzi qanunlar torpaqların logistika sahəsində istifadəsinə maneələr yaradır. Hazırda Abşeron örüşlük əraziyə çevrilib. İlk növbədə, Abşeronda kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır", - deyə o qeyd edib.