Dekabrın 12-də, saat 15:00-da “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 29 ünvanındakı “Neftqazmaş” ASC-nin iclas zalında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla əlaqədar Ləğvetmə Komissiyasının təşkil olunması məsələləri daxildir.
Xatırladaq ki, “Sabunçu İstehsalat Xidməti Bazası” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 389 302 manatdır.