İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Sabah Arena" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Lev Starçuk küçəsi, 19D, nizamnamə kapitalı 8 761 203,82 manat, qanuni təmsilçisi isə Ramin Həsənəli oğlu Həsənovdur.
O, həm də "Sabah Futbol Klubu" MMC-nin baş içraçı direktorudur.