Bakı. 27 sentyabr. REPORT.AZ/ Rusiyanın Sənaye və Ticarət Nazirliyi Azərbaycan şirkətləri ilə müştərək layihələri inkişaf etdirmək üçün işgüzar missiya hazırlayır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya – Azərbaycan Regionlararsı Forumu çərçivəsində keçirilən sənaye məsələlərinə dair "dəyirmi masa"da Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
O deyib ki, bizim sənaye nazirliyimiz Azərbaycandakı ayrı-ayrı müəssisələr üçün xüsusi işgüzar missiya həyata keçirmək niyyətindədir.
Nazir iki ölkənin sənaye sahəsində geniş kooperasiya imkanlarına malik olduğunu vurğulayıb.