İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Raılgo" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Dağlıq, ev.37, nizamnamə kapitalı 2 milyon manat, qanuni təmsilçisi isə Ceyhun Elçin oğlu Novruzovdur.
Xatırladaq ki, "Raılgo" 1997-ci ildə yaradılıb və uzun illərdir Rusiyanın yükdaşıma bazarında liderdir.
"Raılgo" xam neftin, mayeləşdirilmiş neft qazlarının, neft məhsullarının və neft-kimya məhsullarının dəmir yolu ilə, eləcə də multimodal daşımalarla daşınması üçün ekspedisiya xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərir.