Bakı. 4 iyul. REPORT.AZ/ Rusiyanın Sənaye və Ticarət Nazirliyi ölkədə apteklərin sayını azaltmaq niyyətindədir.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla qurum müştərilərə göstərilən xidmətin səviyyəsini artırmaq istəyir.
Aptek şəbəkəsinin məhdudlaşdırılması "2030-cü ilə qədər əczaçılıq sənayesinin inkişaf strategiyası" çərçivəsində həyata keçirilə bilər.