Bakı. 14 sentyabr. REPORT.AZ/ Oktyabrın 16-da Riqa şəhərində (Latviya) “Yaradıcılıq və innovasiya forumu” adlı XIV Beynəlxalq Biznes Şəbəkələri tədbiri keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) məlumat verib.
Beynəlxalq Biznes Şəbəkələri tədbirində iştirak etmək üçün Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də dəvət olunub.