Qazaxıstan şirkəti Azərbaycana makaron və qənnadı məmulatlarını ixrac edəcək

Qazaxıstanın tanınmış makaron və qənnadı məmulatları şirkəti “Sultan Marketing LLP” Azərbaycana məhsul tədarük edəcək.

Bu barədə “Report”a açıqlamasında “Sultan Marketinq” MMC-nin ixrac üzrə direktoru Valentin Valter deyib.

"Biz əsas makaron və qənnadı məmulatları istehsalçısı olaraq Qazaxıstanda böyük uğurlar əldə etmişik. Məhsullarımızı dünyanın müxtəlif ölkələrinə ixrac edirik. İndi isə Azərbaycana ixrac etməyi planlaşdırırıq, burada böyük potensial görürük. Əməkdaşlığımızdan müsbət effektlər gözləyirik,” – deyə o bildirib.

O, “Sultan” şirkətinin adının şərqlilərə yaxın olduğunu və azərbaycanlı alıcıların marağına səbəb olacağı ehtimalını dilə gətirib: “Hələlik danışıqlar aparılır, bu səbəbdən tədarüklərin konkret həcmləri haqqında məlumat yoxdur”.

Qeyd edək ki, “Sultan Marketing LLP” şirkəti 1996-cı ildə yaranılb. Şirkətin baş ofisi Qazaxıstanın iqtisadi zonası hesab olunan Almata şəhərində yerləşir.

Digər xəbərlər