Qazaxıstan Azərbaycana karp balığı ixracını bərpa edib

Bu ilin I yarısında Azərbaycan xaricdən 2,1 milyon ABŞ dolları dəyərində 1 min 189 ton karp balığı (təzə və dondurulmuş) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4 %, kəmiyyət olaraq – 0,1 % azdır.

Hesabat dövründə İrandan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 24 % azalıb) 634,2 ton (-22,4 %), Rusiyadan 799 min ABŞ dolları dəyərində (+62 %) 534,4 ton (+44 %) və Qazaxıstandan 24 min ABŞ dolları dəyərində 20 ton məhsul alınıb.

İki il 4 aylıq fasilənin ardından Qazaxıstandan tədarük bərpa edilib.

Digər xəbərlər