Qarşılayın! Yepyeni "Toyota Corolla Cross"

"The Corolla Cross" ətraflı

Müasir "Corolla" çeşidi "Corolla Cross" praktiki ailə avtomobili C-SUV sinfinə daxildir. Beləliklə, "Toyota" Avropa C-seqmentində və ümumi bazarda ən geniş SUV modelləri içərisində daha da güclü seçilir. "Corolla" 55 il ərzində 12 nəsildə 50 milyondan çox satış rekordu əldə etməklə dünyanın ən çox satılan avtomobili titulunu özündə saxlayır.

Gündəlik istifadəyə uyğun, praktik və universal avtomobilin güclü "Toyota" SUV görünüşünü aydın və geniş interyer tamamlayır. Gövdə genişdir və asan hərəkət üçün dizayn olunub. "Toyota"nın yeni 12,3 düym tam dijital kombimetrdə (bütün növlərdə standartdır) sürücü kontent və görüşünü istəyinə uyğun dəyişə bilər.

"Corolla" 55 il ərzində 12 nəsildə 50 milyondan çox satış rekordu əldə etməklə dünyanın ən çox satılan avtomobili titulunu özündə saxlayır.

Beşinci nəsil "Toyota" hibrid elektrik mexanizmi

Bu yeni model 2 litrlik hibrid mühərrikə sahibdir. 2 litrlik hibrid mühərrikin gücü 8 % artırılıb və 197 at gücü/145 kW-ə çatıb. Bununla da CO2 emissiyasını 113 və 120 arasında saxlamaqla 0-100 km/saat sürəti 7,6 saniyəyə qət edə bilir.

"Toyota" T-Mate təhlükəsizlik və sürücülük assistenti

Bu yeni model "Toyota" T-Mate vasitəsilə təhlükəsizlik səviyyəsi və sürücülük assistentliyinin inkişafını, "Toyota Safety Sense" vasitəsilə qəza riski aşkarlanması və aktiv təhlükəsizlik funksiyalarının artımını nümayiş etdirir. Avtomobil zərbəyə məruz qaldıqda onun sərt konstruksiyası və hərtərəfli təhlükəsizlik xüsusiyyətlərilə avtomobildəki hər kəs üçün güclü qorunma təmin edir.

Yeni dijital sürücü paneli

"Toyota Corolla" ilk "Toyota" modelidir ki, sürücü panelində 12,3 düym dijital kombimetr istifadə olunub. Kombimetrdə 3 müxtəlif mövzu mövcuddur: “Casual”, “Smart” və “Tough Sporty”. Sükandakı keçid alətlərindən istifadə ilə seçim prosesi sadədir.

"Toyota" Smart Connect multimedia ekranı

Bütün "Corolla Cross" modellərinin standart olaraq sahib olduğu üstünlükləri: səsli əmr ilə 10,5 düym yüksək görüntü keyfiyyətli sensor ekran; “Apple CarPlay”in blutuz vasitəsilə smartfona inteqrasiyası və (naqillə) “Android Auto”ya.

Digər xəbərlər