“Qafqaz Konserv Zavodu” nizamnamə kapitalını azaldır

“Azersun Holdinq” MMC-yə məxsus “Qafqaz Konserv Zavodu” MMC nizamnamə kapitalını 481 min manat və yaxud 1 % azaldaraq 48,401 milyon manatdan 47,92 milyon manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Xaçmaz rayonu, Xaçmaz şəhəri, Bakı-Xaçmaz avtomobil şossesinin 157-ci kilometri ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Qafqaz Konserv Zavodu” 2002-ci ildə yaradılıb.

Digər xəbərlər