“PMD Group”a daha bir şirkət qoşulub

“Abşeron-Ticarət LTD” MMC fəaliyyətinə xitam verərək “PMD Group” MMC-yə qoşulduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar “PMD Group” yenidən təşkil olunur.

Xatırladaq ki, ötən il “PMD Group”a 15, bu il isə 8 şirkət qoşulub. Şirkət "PAŞA Holdinq" MMC-nin törəmə strukturudur.

Digər xəbərlər