“Xəzər-Turizm” və “Hillside Apartments” MMC-lər fəaliyyətlərinə xitam verilərək "PMD Gorup" MMC-yə qoşulduqlarını elan ediblər.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar sonuncu yenidən təşkil olunur.
Xatırladaq ki, bundan əvvəl daha 2 şirkət PMD "Gorup"a qoşulmuşdu.