Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - “AzMedPlant” MMC qeydiyyata alınıb.

“Report”un əldə etdiyi məlumata görə, şirkət Parkın ərazisində birdəfəlik üçkomponentli şprislərin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək.

Layihənin investisiya dəyəri 6 milyon manatdır.

Digər xəbərlər