2022-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə real ifadədə 9,1 % artaraq 5 milyard 779,5 milyon manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 568,9 milyon manatlıq xidmət göstərilib. Bu da, xidmətlərin ümumi dəyərinin 96,4 %-ini təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə 8 % artaraq 9 milyard 253,4 milyon manat təşkil edib. Bunun 7 milyard 19,8 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.