Bu ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsi 1 018,3 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4 % çoxdur.
Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19 % artaraq 588,8 milyon manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,2 % artaraq 1 milyard 484,3 milyon manat olub.