Bu ilin yanvar-aprel aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi 270,8 milyon manat təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 89,8 % çoxdur.
Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 170,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,1 %-ini təşkil edib.