2021-ci ildə paytaxtda ictimai iaşə dövriyyəsi 2020-ci illə müqayisədə 29,2 % artaraq 643,6 milyon manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, hüquqi şəxslər üzrə dövriyyə 483,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 75,1 %-ini təşkil edib.