“PAŞA Holding” MMC-yə məxsus “Abşeron Hotel Qrup” MMC nizamnamə kapitalını 1,4 milyon manat və yaxud 9,8% azaldaraq 14,25 milyon manatdan 12,85 milyon manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Abşeron Hotel Qrup” 2013-cü ildə yaradılıb, hotellərin idarə edilməsi ilə məşğuldur.