Kənd sakinlərinin əsas məqsədi heyvandarlığı inkişaf etdirməkdir.
Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan rayonun Xıdırlı kənd sakini Loğman Əliyev deyib.
O, doğma kəndlərində yaşayış və əmək fəaliyyəti üçün əla şərait yaradıldığını vurğulayıb:
"Yenidən qayıtdığımız kəndimizdə əmək fəaliyyətinə başlamaq üçün özünüməşğulluq proqramına müraciət etdik və müsbət cavab aldıq. Bu gün bizə iki baş boğaz cins qaramal verildi. Xıdırlıda mal-qara saxlamaq üçün münbit şərait mövcuddur, geniş otlaq sahələrimiz var. Məqsədimiz həm öz güzəranımızı təmin etmək, həm də kənddə heyvandarlıq təsərrüfatlarını genişləndirib inkişaf etdirməkdir".