Özbəkistan bankı Azərbaycandan texnologiya və məhsulların idxalını maliyyələşdirəcək

Özbəkistanın "Xalq Bank”ı maliyyələşdirdiyi layihə çərçivəsində Azərbaycanda olan şirniyyat müəssisələrinin biri ilə əməkdaşlıq etməklə onlardan bişirmə texnologiyası öyrəniləcək.

Bu barədə “Report”a Bakıda keçirilən Özbəkistan-Azərbaycan qadın sahibkarlarının biznes forumu çərçivəsində “Xalq Bank”ın İdarə Heyətinin sədr müavini Gülzoda Rəşidova deyib.

"Həmçinin Özbəkistana Azərbaycan milli kulinariyasına aid şirniyyatlar tədarük edilərək ölkəmizdə satışı təşkil olunacaq", - G. Rəşidova bildirib.

Onun sözlərinə görə, bu layihə Özbəkistanda Azərbaycan şirniyyatlarına olan marağı nəzərə alaraq həyata keçirilir: "Belə ki, bank Özbəkistan şirkətlərindən birinə təxminən 2-3 milyon ABŞ dollarlıq yatırım edəcək. Həmin şirkət də Azərbaycanda "Ləzzət" şirkəti ilə əməkdaşlıq edəcək".

Digər xəbərlər