2024-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12 milyard 885,5 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə real ifadədə 8,6 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 698,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.
2024-cü ildə hər bir ölkə sakini orta hesabla 1 262,9 manatlıq və ya 2023-cü illə müqayisədə nominal ifadədə 139 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.