2022-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1 330 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci illə müqayisədə 187 mənzil və ya 12,3 % azdır.
Təkcə dekabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 139 mənzil alıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 53 mənzil və ya 27,6 % azdır.
2022-ci il ərzində Türkiyədə xarici vətəndaşlara 68 210, ötən ay isə 6 469 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 15,06 % çox və 18,42 % azdır.
2022-ci ildə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 2 403, ötən il isə 16 312 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 675, ötən ildə isə 8 223 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə dekabrda 345, 2022-ci ildə isə 6 241 mənzilə sahib olub.