Martın 7-də, saat 10:00-da "Sumqayıt Tikinti Xidmət" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq səhmdar cəmiyyətinin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən inzibati binasında olacaq. Yığıncağın gündəliyinə qurumun idarəetmə orqanının formalaşdırılması və digər məsələlər daxildir
Xatırladaq ki, "Sumqayıt Tikinti Xidmət" 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 260 min manatdır. Şirkət ötən ay özəlləşdirilib.