OECD ölkələrinin işsizlik göstəriciləri açıqlanıb

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) ötən ilin dekabr ayına olan işsizlik göstəriciləri açıqlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hesabat dövründə OECD ölkələrində işsizlik 5,1% olub.

Məlumata görə, işsizlik 2019-cu ilin dekabrında öncəki aya nisbətən təxminən 1% və ya 350 min nəfər azalaraq 32,56 milyon olub.

Qeyd edək ki, OECD ölkələri arasında ən yüksək işsizlik İspaniyada (13,7%) qeydə alınıb. Analoji dövrdə G-7 ölkələrində işsizlik səviyyəsi 4,2%, Avropa İttifaqında isə 0,1% bəndi azalaraq 6,2%-ə enib.

Digər xəbərlər