Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Alman-Azərbaycan yüksək səviyyəli işçi qrupunun 8-ci iclası keçirilir.
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov açıq elan edib.
O bildirib ki, Azərbaycanla Almaniya arasında iqtisadi, o cümlədən ticarət əlaqələri sürətlə inkişaf edir: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 61% artıb. Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70%-i Azərbaycanın payına düşür”.
Qeyd edək ki, iclasda 15 məsələnin müzakirə olunması nəzərdə tutulur.