Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR xarici ölkələrlə 450,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3 % çoxdur.
Son bir ildə Muxtar Respublikanın ixracının dəyəri 0,8 % artaraq 387,5 milyon ABŞ dolları, idxalının dəyəri isə 19,2 % artaraq 63,3 milyon ABŞ dolları olub.
Son nəticədə xarici ticarətdə 324,2 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,2 % azdır.