Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 38 % artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 17 146 şəxs qəbul edilib.

"Report" quruma istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 23 804 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 % çoxdur.

Ümumi xidmətlərin 93 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

4 ay ərzində vergi ödəyicilərinə 567 299 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 37 görüş keçirilib, 168 sayda ünvanlı xidmət göstərilib, 1 205 müraciət üzrə 2 111 "ASAN İmza" sertifikatı verilib. 

Digər xəbərlər