Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 22 % artıb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 22 364 şəxs qəbul edilib.

"Report" quruma istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 29 914 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 % çoxdur.

Ümumi xidmətlərin 92 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

6 ay ərzində vergi ödəyicilərinə 660 523 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 60 görüş keçirilib, 248 sayda ünvanlı xidmət göstərilib, 1 654 müraciət üzrə 2 907 "ASAN İmza" sertifikatı verilib.

Digər xəbərlər