İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Duzdağ Estate" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Duzdağ massivi, nizamnamə kapitalı 2,5 milyon manat, qanuni təmsilçisi isə Fariz Hidayət oğlu Hüseynovdur.
Xatırladaq ki, muxtar respublikada həm də "Duzdağ Otel" MMC fəaliyyət göstərir.