Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da əhaliyə göstərilmiş ödənişli xidmətlərin ümumi dəyəri 176,4 milyon manat təşkil edib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrünə nisbətən real ifadədə 7,8 % artaraq 6 milyard 416,3 milyon manat olub. O cümlədən, hüquqi şəxslər əhaliyə 4 milyard 894,7 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 %-ini təşkil edib.