Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 14 %-ə yaxın artıb

Naxçıvan Muxtar Respublikasında noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,7 % artaraq 14 273 olub.

Bu barədə "Report"un yerli bürosuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilir ki, hesabat dövründə aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 22,5 % artıb və 413 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 17 % artaraq 5 206-ya çatıb.

Digər xəbərlər