İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "MES-T" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Təbriz küçəsi, ev.16-dır.
MMC-nin nizamnamə kapitalı 2 milyon manat təşkil edir, qanuni təmsilçisi isə Arif Yusif oğlu Yusifovdur.
Qeyd edək ki, "MES-T" MMC ayrılma nəticəsində yenidən təşkil olunub.