Naxçıvanda 11 ayda 10 minə yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 9 474 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.

Bu barədə "Report"un yerli bürosuna nazirlikdən bildirilib.

Məlumata görə, mülkiyyət hüquqları qeydiyyata alınmış əmlaklardan 4177-si torpaq sahəsi, 3581-i fərdi yaşayış və bağ evi, 1281-i mənzil, 204-ü qeyri-yaşayış sahəsi,197-si qeyri-yaşayış binası, 34-ü əmlak kompleksidir.

11 ayda daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2,1 milyon manat xidmət haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Digər xəbərlər