“Microsoft”un törəmə şirkəti “LinkedIn”nin Baş direktoru (CEO) Ceff Veiner istefa verib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun yerinə hazırda şirkətin məhsul departamentinin vitse-prezidenti olan Rayan Roslanski təyin olunacaq.
Məlumata görə, 2008-ci ildən şirkətin CEO-su olan Ceff Veiner bu müddət ərzində “LinkedIn”in illik gəlirlərini 7,5 milyon ABŞ dollarından 78 milyon ABŞ dollara, üzvlərin sayını isə 33 milyondan 675 milyona çatdırıb.
Qeyd edək ki, veb-sayt və mobil tətbiq üzərindən fəaliyyət göstərən “LinkedIn” şirkəti 2002-ci ildən fəaliyyətə başlayıb. 2016-cı ildə şirkətin səhmlərinin hamısı “Microsoft”a satılıb. Hazırda şirkətin 150 ölkədə qeydiyyatdan keçmiş 630 milyon üzvü var.