"AzeSteelCompany” ASC səhmdarlarının yeni pay bölgüsünü açıqlayıb.
"Report" xəbər verir ki, şirkətin səhmlərinin 73%-i Cəmaləddin İsmayılova, 7%-i Kənan Ağayevə, 10%-i Ömər Hüseynova, 10%-i isə "Azfinance İnvestisiya Şirkəti" QSC-yə məxsusdur.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, bu il rebrendinq edib. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır.