Məmməd Musayev: "Qarabağdakı biznes imkanları iş adamlarına yeni perspektivlər açır"

Qarabağda yaradılan unikal biznes imkanları iş adamları üçün yeni perspektivlər açır.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyur: "Bu mərhələdə qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində həyata keçirilən dərin islahatlar, investisiya təşviqi mexanizmləri, eləcə də Qarabağda yaradılan unikal biznes imkanları iş adamları üçün yeni perspektivlər açır, sahibkarlıq təşəbbüslərini daha da gücləndirir.

M. Musayev bildirib ki, qlobal çağırışların artdığı, iqtisadi münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə sahibkarın dayanıqlı olması, dövlətlə biznes arasında etimadlı dialoq və institusional əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycan Sahibkarlar Konfederasiyası baş kollektiv sazişin tərəflərindən biri kimi ölkəmizdə sosial tərəfdaşlıq modelinin inkişafına, dövlət-özəl dialoqunun sistemli əsaslar üzərində qurulmasında aparıcı rol oynayır".

Digər xəbərlər

Yerli brend qlobal arenada 18 dekabr, 2025 / 15:08