“Məişət malları” səhmdarlarına divident ödəyəcək

Bakı. 12 aprel. REPORT.AZ/ İyunun 17-də “Məişət malları” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinin (İH) və Təftiş Komissiyasının (TK) hesabatının dinlənilməsi və təsdiq edilməsi, İH, TK və Direktorlar Şurasının seçilməsi, eləcə də dividentlərin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, “Məişət malları” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 665 774 manatdır. 

Digər xəbərlər