2023-cü ilin yanvar-may aylarında Türkiyənin Manisa şəhərindən Azərbaycana 14 milyon 276 min ABŞ dolları dəyərində məhsul gətirilib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 13,3 % çoxdur.
Həmçinin cari ilin mayında Manisadan ölkəmizə 4 milyon 261 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 8,4 % artım deməkdir.