Koronavirusun (COVİD 19) yayılması ilə dünya miqyasında tətbiq olunan karantin və səyahət məhdudiyyətləri 116 beynəlxalq aviaşirkətin bazar dəyərini 41% və ya 157 milyard ABŞ dolları azaldıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, koronavirus qlobal aviaşirkətlərin tutumlarını 90% azaldıb. Bu vəziyyət bir sıra aviaşirkətin dövlət dəstəyi tələb etməsinə səbəb ola bilər. Ümumilikdə aviasiya sektorunun yaşaması üçün 200 milyard ABŞ dolları dövlət dəstəyi lazımdır.